Mobil versiya
Tacir Şahmalıoğludan müəlliminə sərt CAVAB: “Ağlı sürüşüb” - QALMAQAL
Tarix: 09-06-2017 | Saat: 18:10
Bölmə:Dünya / Karusel | çapa göndər

Tacir Şahmalıoğludan müəlliminə sərt CAVAB: “Ağlı sürüşüb” - QALMAQAL



“Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri bəstəkar Murad Rzayev kulis.az-a musahibəsində deyib:

“Tacir Şahmalıoğlunu məşhurlaşdıran mənim “Bayatı Şiraz” muğamında etdiyim improvizə oldu. Tarixə də mənim adımla düşüb. Bu ifa təkcə Taciri yox, “Qarabağ bülbülləri”ni də məşhurlaşdı”.

M.Rzayev həmçinin bildirib ki, tələbələrinin çoxundan narazıdır.

“Əməyimi itirdilər. Yerə vurdular. Ən çox da Tacir Şahmalıoğlu. Ona görə efirdən dedim ki, haqqımı Tacirə halal eləmirəm”.

Məsələ ilə bağlı tanınmış müğənni Tacir Şahmalıoğlu Modern.az-a açıqlama verib.

T.Şahmalıoğlu deyib ki, “Bayatı Şirazı”ı onun oxuduğunu hamı bilir.
“ Murad Rzayevin orada nə rolu ola bilərki? Onun burada bir rolu olub ki, mənə deyib ki, Abbas Səhhətin sözlərini gəl qoşaq buna oxuyaq. Onun burada bir rolu odu. “Bayatı Şirazı” mən oxuyub məşhurlaşmışam”.

Müğənni bildirib ki, Murad Rzayev onun səsindən istifadə edib, səsini batırıb.
“Mənim səsim özbaşına batmayıb ki? Oxumaqdan batıb da. O mənə haqqın necə halal etmirsə, mən də ona haqqımı halal etmirəm”.

T.Şahmalıoğlu deyib ki, Murad Rzayev qocalıb, ona görə də onun ağlı başında deyil.
“O, ağlını itirib. Niyə onu 10 il bundan əvvəl demirdi? O bunu indi elədiyinə görə deyirəm ki, onun ağlı sürüşüb. Ona görə də boş verirəm.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024