Mobil versiya
Roza Zərgərli "əri"ni aldadır? - TƏFƏRRÜAT - FOTO
Tarix: 06-06-2017 | Saat: 12:40
Bölmə:Dünya / Karusel | çapa göndər

Roza Zərgərli "əri"ni aldadır? - TƏFƏRRÜAT - FOTO



Müğənni Roza Zərgərli tez-tez verdiyi açıqlamaları ilə gündəmə gəlir.

Maraqlıdır ki, müğənni xanım hər dəfə həyat yoldaşından bəhs etsə də, onun kimliyini mətbuatdan gizli saxlayır.

AİA.Az bildirir ki, yenicag.az-ın məsələ ilə bağlı araşdırması zamanı şok təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, hazırda Zərgərlinin rəsmi nikahı yoxdur. Onun "ərim" dediyi şəxs isə, sadəcə, müğənninin PR işlərinə, eləcə də yaradıcılığına xərclənən pulları təmin edən şəxsdir. Buna şou-biznes aləmində "sponsor", el dilində isə "saxlayanı" deyirlər.

Əldə etdiyimiz məlumata görə, bu şəxs sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun kadrlarından, ölkədə məşhurluğu ilə tanınan icra başçılarından birinin kürəkənidir.

Bundan başqa araşdırmalarımız zamanı məlum olub ki, xeyriyyə tədbirləri keçirtməklə də gündəmə gələn Roza xanıma bu işdə məhz icra başçısının kürəkəni kömək edir. Bu səbəbdən də Roza Zərgərli reklama hesablanan xeyriyyə tədbirlərini məhz həmin "sponsor"un yaxını olan Qətibə Əsədovanın rəhbərlik etdiyi müəssisələrə salır.

Ancaq o da iddia olunur ki, R.Zərgərlinin iki "adaxlı"sı var. Belə ki, icra başçısının kürəkənindən maddi dəstək görsə də, könlünü başqa birinə "verib". Hazırda məhkəmə qalmaqalına başı qarışan "ikinci adaxlı" ilə bağlı "birinci adaxlı" yalnız ona danışılan şirin nağılları bilir. Bəlkə də yaxında o oğlanın "qayınatası" olacağını düşünür.

AİA.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024