Mobil versiya
Ərə gedən Aygün Bayramova SEVGİSİNDƏN DANIŞDI - YENİLƏNİB
Tarix: 12-05-2017 | Saat: 15:50
Bölmə:Dünya / Karusel | çapa göndər

Ərə gedən Aygün Bayramova SEVGİSİNDƏN DANIŞDI - YENİLƏNİB


13:10

AİA.Az yenicağ.az-a istinadən xəbərt verir ki, xalq artisti Aygün Bayramova toy xəbərindən danışıb: "Bilirəm ki, məni sevənlər də bu xəbərə sevinir. Ailə quracağım şəxs iş adamıdır. Amma musiqi ilə də bağlılığı var. Gözəl ud ifa etməyi bacarır. Bir-birimizi çoxdan tanıyırdıq, deməli, qismət deyilən bir şey varmış. Mən yaradıcı insanam, sevməsəm, ailə qurmaram.

Sevdim. Özümə layiq insandır. Ən əsası yaxşı adamdır. Toya media buraxılmayacaq, qapalı olacaq. Çünki mən şəxsi həyatımı gündəmə gətirən sənətçi deyiləm. Bu, mənim toyumdursa, özümə aiddir, bir də yaxınlarıma".

---------

11:17

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq. Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək.

O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, xalq, əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

----------

11:05

Xalq artisti Aygün Bayramova ailə qurmağa hazırlaşır.

AİA.Az axşam.az-a istinadən bildirir ki, muğam ifaçısının toyu mayın 23-də baş tutacaq. A.Bayramova artıq həmkarlarını toya çağırmağa başlayıb.

Xanəndənin ailə qurmağa hazırlaşdığı şəxs televiziya kanallarından birində çalışır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024