Mobil versiya
Xalq artisti ərindən danışdı: "Qulluğunda dura bilmirəm"
Tarix: 12-05-2017 | Saat: 14:36
Bölmə:Dünya / Karusel | çapa göndər

Xalq artisti ərindən danışdı: "Qulluğunda dura bilmirəm"



Evdə həyat yoldaşım hər şeydən xəbərdardır. Düzünü deyim ki, özüm bazarlıq etməkdən zövq alıram, xoşum gəlir. Amma ailə qurandan sonra bunlardan uzağam. Hamısı həyat yoldaşımın üzərinə düşüb.

AİA.Az ailem.az-a istinadən bildirir ki, bunu "Space" telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" verilişində dörd uşaq anası olan xalq artisti Gülyanaq Məmmədova deyib. Evdə iş bölgüsündən danışan sənətçi bu yükün həyat yoldaşının üzərində olduğunu etiraf edib. G.Məmmədova uşaqlarının atasının ona hər zaman dəstək olduğunu da deməyi unutmayıb: "Amma mənim də bir yaralı yerim var. Ərimin əli boldu. Deyirəm filan şeydən bir kilo al, gedib beş kilo alır. Onun azla işi yoxdur (gülür). Deyir, mən gedib üç dənə alma ala bilmərəm. Düzdür, bizə üç alma çatmaz, ailəmiz böyükdür, amma mən təzə yeməyi xoşlayıram. Sağ olsun, həyat yoldaşım hər işdə mənimlədir. Hər yerə mənimlə gəlir, mənimlə gedir. "Bu, mənim işim deyil", - deyib qırağa çəkilmir. Onun əsəbi, gərgin, problemli vaxtları olur. Həyatdır da. Amma bircə xəstələnməsin. Deyirəm, sən xəstələnmə, mən xəstələnim. Çünki onun qulluğunda dura bilmirəm. Mən xəstələnəndə o, mənə qəşəng qulluq edir, o, xəstələnəndə mən ona qulluq edə bilmirəm".

Xanım müğənni evdə az hallarda yemək bişirdiyini də etiraf edib. Bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Lakin o, dadlı yemək bişirdiyini də vurğulayıb. Xalq artisti kababdan başqa bütün yeməkləri bişirə bildiyini deyib: "Bacılarım ev işlərində mənə çox kömək edir. Allah onları mənə çox görməsin. Onlar uşaqlarımın ikinci anasıdır. Evdə yemək bişirəndə qızım təəccüblənir ki, ana, sən yemək bişirə bilirsən? Yeyəndən sonra deyir, ana, çox dadlı idi. Deyirəm, qızım, mən yemək bişirmirəmsə, bu o demək deyil ki, bacarmıram (gülür). Hər ailənin öz çətinlikləri olmasına baxmayaraq bacılarım mənə çox kömək edir. Təkcə kabab bişirməyi bacarmıram. Kababı əsasən kişilər bişirsə də, hər kişi də bunu bacarmır. Ətini doğraya, şişə çəkə bilmir. Kabab bişirmək bacarıq tələb edir. Kabab bişirən qadınlar da var. Məsələn, Ülviyyə adlı rəfiqəm var, hələ onun bişirdiyi kababın ləzzətini heç yerdə almamışam. Mən onun kababından doymuram. Evinə əziz qonaqları gedəndə öz əlləri ilə kabab çəkir. Rayona gedəndə atam "qızlarım gəlib" deyib quzu kəsir, qardaşım da kabab bişirir. Onda ancaq əti şişə çəkmişəm".

Verilişin digər qonaqları müğənni İranə İlkin, rejissor və aktyor Samir Qulamov, aktyor Ruslan Mürsəlov və permanent ustası Sevinc Rüstəmova olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024