Mobil versiya
“Eurovision-2017”nin finalçıları məlum oldu -Yenilənib
Tarix: 12-05-2017 | Saat: 11:42
Bölmə:Dünya / Karusel | çapa göndər

“Eurovision-2017”nin finalçıları məlum oldu -Yenilənib




Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

18 ölkə finala keçmək uğrunda mübarizə aparıb. İkinci yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danimarka, İrlandiya, San Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış ediblər.

Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə - Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya vəsiqə qazanıb.

Bununla da mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Qeyd edək ki, müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə - Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan finala vəsiqə qazanıb.

Ev sahibi Ukrayna və "böyük beşlik” ölkələri - Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniya təmsilçiləri birbaşa finalda çıxış edəcəklər.

***
(00:06)

Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.

İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Hollandiya, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış edirlər.

Xatırladaq ki, Azərbaycanı "Eurovision-2017” mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024