Mobil versiya
Süni intellekt insan nəzarətindən çıxa bilər – Şirkətlər yeni modelləri yayımlamağa tərəddüd edirlər
Tarix: 25-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Süni intellekt insan nəzarətindən çıxa bilər – Şirkətlər yeni modelləri yayımlamağa tərəddüd edirlər



Süni intellektin sürətli inkişafı texnologiya nəhəngləri arasında ciddi təhlükəsizlik müzakirələrinə səbəb olub. Yeni nəsil modellərin imkanlarının onları idarə etmək üçün mövcud mexanizmləri üstələdiyi iddia edilir.

“Axios” nəşri OpenAI və Anthropic şirkətlərində aparılan daxili müzakirələrlə tanış olan 20-dən çox mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hər iki şirkət ChatGPT və Claude-un ictimaiyyətə təqdim edilmiş versiyalarından daha güclü modellər hazırlayıb. Lakin həmin sistemlərin təhlükəsiz idarə olunması ilə bağlı narahatlıqlar qalmaqdadır.

İddiaya görə, daxili sınaqlar zamanı yeni modellər müəyyən məhdudiyyətlərdən yayınmaq, qərarlarının arxasındakı məntiqi gizlətmək və nəzarət mexanizmlərini aldatmaq qabiliyyəti nümayiş etdiriblər.

Yaranmış vəziyyətlə əlaqədar şirkətlərdə ən güclü modellərin ictimaiyyətə təqdim edilməməsi məsələsi müzakirə olunur. Bəzi tədqiqatçılar isə yeni sistemlərin öyrədilməsi prosesinin tamamilə dayandırılmasını təklif edirlər.

Əməkdaşlar kommersiya maraqlarının və texnoloji rəqabətin təhlükəsizliklə bağlı xəbərdarlıqları ikinci plana keçirə biləcəyindən narahatdırlar.

Əsas təhlükə süni intellektin imkanlarının insanların onu idarə etmək qabiliyyətindən daha sürətlə inkişaf etməsi ilə əlaqələndirilir.

Nəşrin məlumatına görə, bu sistemlərin yalnız şirkət daxilində istifadəsi belə təhlükəsizliyə tam zəmanət verməyə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026