Mobil versiya
Səbinə: "Nə sponsorum, nə də prodüserim var"
Tarix: 14-04-2017 | Saat: 14:20
Bölmə:Dünya / Karusel | çapa göndər

Səbinə: "Nə sponsorum, nə də prodüserim var"



Bu yaxınlarda yeni mahnım çıxacaq, klip də çəkdirəcəm. Məncə, yay hitlərindən birinə çevriləcək.

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında "Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva deyib.

Müğənni bildirib ki, heç bir stilist və prodüserlə çalışmır:

"Öz zövqümə uyğun geyinirəm. Stilistim, sponsorum, prodüserim yoxdur. Hər zaman təkbaşına olmuşam. Müğənnilər var ki, stilistlə məsləhətləşməmiş cəmiyyət içinə çıxmırlar. Hansısa bir layihə hazırlayanda stilistə müraciət edirəm. "Eurovision" ərəfəsində də bəzi məqamlar olurdu ki, mənim xoşuma gəlmirdi. Amma mən onlarla razılaşmağa məcbur idim. Haqqım da yox idi ki, etiraz edim".

Xeyli arıqlaması ilə də diqqət çəkən S.Babayeva idmanla məşğul olduğunu deyib:

"Ciddi pəhriz saxlamıram. Ürəyim nə istəyirsə, yeyirəm. Canımı çox istəyirəm... İdmana başlamışam".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024