Mobil versiya
Rusiya Ukraynaya gecə 453 PUA ilə hücum edib
Tarix: 13-09-2026 | Saat: 10:28
Bölmə:Dünya | çapa göndər

Rusiya Ukraynaya gecə 453 PUA ilə hücum edib


Ukrayna Rusiyanın ölkə ərazisinə buraxdığı 453 pilotsuz uçuş aparatından (PUA) 409-unu zərərsizləşdirib.
aia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri sentyabrın 12-si saat 18:00-dan etibarən Ukraynaya “Shahed”, “Herbera”, “Parodiya” tipli dronlar və S8000 “Banderol” aparatları ilə hücum edib.

İlkin məlumata görə, sentyabrın 13-ü saat 08:00-a qədər 405 PUA və 4 S8000 “Banderol” vurulub və ya sıradan çıxarılıb.

Qeyd edək ki, Xmelnitski vilayətində PUA qalıqlarının düşməsi nəticəsində müəssisədə yanğın baş verdiyi bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə