Ana Sayfa > Dünya > Rusiya Ukraynaya gecə 453 PUA ilə hücum edib
Rusiya Ukraynaya gecə 453 PUA ilə hücum edibBu gün, 10:28. Yazar: vasif |
![]() Ukrayna Rusiyanın ölkə ərazisinə buraxdığı 453 pilotsuz uçuş aparatından (PUA) 409-unu zərərsizləşdirib. aia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, Rusiya qüvvələri sentyabrın 12-si saat 18:00-dan etibarən Ukraynaya “Shahed”, “Herbera”, “Parodiya” tipli dronlar və S8000 “Banderol” aparatları ilə hücum edib. İlkin məlumata görə, sentyabrın 13-ü saat 08:00-a qədər 405 PUA və 4 S8000 “Banderol” vurulub və ya sıradan çıxarılıb. Qeyd edək ki, Xmelnitski vilayətində PUA qalıqlarının düşməsi nəticəsində müəssisədə yanğın baş verdiyi bildirilib. Geri dön |