Mobil versiya
Murad Arif: "Mənə Nigar Camal maraqlıdır?"
Tarix: 06-04-2017 | Saat: 13:46
Bölmə:Dünya / Karusel | çapa göndər

Murad Arif: "Mənə Nigar Camal maraqlıdır?"



"Səs Azərbaycan" layihəsi başlasa, orada, məmnuniyyətlə, münsif kimi əyləşərəm. Əminliklə deyirəm ki, həm ölkənin, həm də layihənin sahibinin üzünü ağ edəcək iştirakçı seçərəm.

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif deyib.

Sənətçi qalmaqallı açıqlamalar verib. O bildirib ki, Azərbaycanda şou-biznes yox vəziyyətdədir:

"Bura Azərbaycandır, məni heç kim ora qoymaz. Yaşım çatmır (gülür). Məni açıqlama verməyə vadar etməyin, başım ağrıyar. Bizdə şou-biznes sistemi yoxdur. Onu yaratmaq istəyən istedadlı insanlar var. Murad Arifin komandası, arxasında dayanacaq insanlar yoxdur, ona görə də bu istək real deyil".

M.Arif "Eurovision" təmsilçilərimizdən olan Dilarə Kazımovadan danışıb. İfaçı Dilarənin müsabiqəyə getməsində onun dəstəyinin böyük olduğunu söyləyib:

"O vaxt "Böyük səhnə"də münsif oldum və Dilarə Kazımovanın seçilməsində mənim rolum oldu. Hələ də hesab edirəm ki, həmin vaxt "Eurovision"a ən layiqli namizəd o idi. Amma təəssüf ki, mahnısı seçiləndə məndən məsləhət alınmadı. Onun ifa etdiyi "Start a Fire" mahnısı elə sonuncu yerlərə layiq idi. Maraqsız bir mahnıdır".

M.Arif "Nigar Camal da bu aralar işləyən ifaçılardandır. Bu yaxınlarda "Sus" mahnısını oxuyub. Axtarış versən, tapıb qulaq asarsan" sözlərinə belə münasibət bildirib:

"Mənə Nigar Camalı və "Sus"u axtarmaq maraqlıdır? Baxımlı, mehriban xanımdır. Amma yadıma gəlmir ki, nə vatxsa onu axtarışa verim. Musiqi dünyası maraqlıdır. Mən melomanam. Musiqi dinləmək zövq almaq üçün deyil. Onu nəsə öyrənmək üçün dinləyirəm. Mən nəinki Azərbaycan, türklərdən də nəsə öyrənəcəyimi düşünmürəm. Buradan çıxan kimi həyatımda ilk dəfə Nigar Camalı axtarıb dinləyəcəm. Özümüzünkülərin istehsal etdiyi mahnıları inkar edəcək qədər yekəxana deyiləm. "Səndən bir dənədir", "-40 dərəcə" "Xoş gəldin gülüm" bunlara hit deməmək mükün deyil".

M.Arif "Eurovision" təmsilçimiz Diana Hacıyevadan danışıb:

"Diananın obrazı ilə Sianı oxşadıram. "Eurovision" fərqlidir, mövsümi layihədir. İyunun 1-dən sonra orda oxunan mahnıları yada salan olmur. Bizim təmsilçimiz Diana isə istedadlı qızdır, çoxdan dəstəkləyirdim. Axır ki, onun da "Eurovision" ulduzu parıldadı. Mahnını da İsa Məlik qəşəng yazıb".



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5758 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2020
02-06-2020
{sape_links}{sape_article}