Mobil versiya
Modeli yeni qonşusu döydü
Tarix: 31-03-2017 | Saat: 10:08
Bölmə:Dünya / Karusel | çapa göndər

Modeli yeni qonşusu döydü



İstanbulun Ataşehir bölgəsində model Maya Esra Türkmənlər qonşusu tərəfindən döyülüb.

AİA.Az Milliyet-ə istinadən xəbər verir ki, model yaşadığı binanın avtoparkında qonşusu Dilek K. -nin onu döydüyü iddiasıyla prokurorluğa şikayət edib.

Qeyd edək ki, fotomodel Maya Esra Türkmənlər bu ilin fevral ayında Ataşehirdə bu yeni mənzilinə köçüb. Ev üçün alış-veriş edən Türkmənlər avtomobilini binanın avtoparkınada park edərək qapısını açıq qoyduğu maşından paketləri daşımağa başlayıb. Bu an eyni binada yaşayan Dilek K. adlı qadın, avtomobili ilə Türkmənlərin avtomobilinin yanından keçmək istəyib. Vəziyyətə əsəbiləşən Dilek K.-dan bir az zaman istəyən model mənfi cavab alınca şifahi mübahisə başlayıb. İddiaya görə, Dilek K. ağır təhqir və təhdid etdiyi modelə hücum edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə