Mobil versiya
Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldı
Tarix: 24-02-2026 | Saat: 09:57
Bölmə:Manşet / Dünya | çapa göndər

Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldı

Serbiya polisi Serbiya prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki kişini saxlayıb.

aia.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər saxlanılanlar (1975 və 1983-cü il təvəllüdlü) prezidentə və onun ailə üzvlərinə sui-qəsd planlaşdırıblar. Onlar Kralyevo şəhərində Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

"Şübhəlilər 48 saata qədər dindiriləcək və cinayət şikayəti verildikdən sonra Kralyevodakı Ali Prokurorluğa aparılacaqlar", - deyə açıqlamada bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026