Ana Sayfa > Manşet / Dünya > Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldı
Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldıDünən, 09:57. Yazar: sevinc1 |
![]() Serbiya polisi Serbiya prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki kişini saxlayıb. aia.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər saxlanılanlar (1975 və 1983-cü il təvəllüdlü) prezidentə və onun ailə üzvlərinə sui-qəsd planlaşdırıblar. Onlar Kralyevo şəhərində Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar. "Şübhəlilər 48 saata qədər dindiriləcək və cinayət şikayəti verildikdən sonra Kralyevodakı Ali Prokurorluğa aparılacaqlar", - deyə açıqlamada bildirilir. aia.az Geri dön |