Mobil versiya
ABŞ Suriyada daha bir hərbi bazasını boşaldır
Tarix: 23-02-2026 | Saat: 13:43
Bölmə:Dünya | çapa göndər

ABŞ Suriyada daha bir hərbi bazasını boşaldır

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki Əl-Hasake əyalətindəki Kasraq bazasından qüvvələrini çıxarmağa başlayıb.

aia.az xəbər verir ki, bu barədə Suriya televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, "Amerika qoşunları əl-Hasake əyalətindəki Kasraq bazasından İraq Kürdüstanına doğru geri çəkilməyə başlayıb".

Fevralın 15-də Qərb koalisiya qüvvələri əl-Hasake əyalətindəki əl-Şəddadi bazasını tərk edib. Bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin əl-Tanf bazasından son olaraq çıxarıldığını və nəzarətin Suriya ordusuna təhvil verildiyini təsdiqləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026