Ana Sayfa > Dünya > ABŞ Suriyada daha bir hərbi bazasını boşaldır
ABŞ Suriyada daha bir hərbi bazasını boşaldır23-02-2026, 13:43. Yazar: sevinc1 |
![]() ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki Əl-Hasake əyalətindəki Kasraq bazasından qüvvələrini çıxarmağa başlayıb. aia.az xəbər verir ki, bu barədə Suriya televiziya kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, "Amerika qoşunları əl-Hasake əyalətindəki Kasraq bazasından İraq Kürdüstanına doğru geri çəkilməyə başlayıb". Fevralın 15-də Qərb koalisiya qüvvələri əl-Hasake əyalətindəki əl-Şəddadi bazasını tərk edib. Bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin əl-Tanf bazasından son olaraq çıxarıldığını və nəzarətin Suriya ordusuna təhvil verildiyini təsdiqləyib. aia.az Geri dön |