Mobil versiya
"Mənə gəlin verən papağını göyə atsın" - Əməkdar artist
Tarix: 03-03-2017 | Saat: 20:01
Bölmə:Dünya | çapa göndər

"Mənə gəlin verən papağını göyə atsın" - Əməkdar artist

"Filmlərə dəvət olmuşam. Hətta Türkiyədə konsertdə olanda məni görüb, filmə dəvət etmişdilər. Bakıya qayıdandan sonra isə yenə mənə bununla bağlı yazdılar".

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Bəsdi Sevdiyeva "5/5" verilişində deyib.

İfaçı bildirib ki, film təklifindən imtina edib:

"Orada mafiya başçısının anası, ya da bacısı obrazını canlandırmalı idim. Çəkilişlər üçün Türkiyəyə gedib, orada qalmalı idim. Ailəli adamam, evdə kişi var, düzgün gəlmir. Ona görə də istəmədim. Həm də mənim üçün muğam oxumaq daha önəmlidir".

İfaçı Zaur Kamalın "Qızım olsaydı, oğlunuza verməzdim. Çox ciddi qayınana olacaqsınız" sözlərinə belə cavab verib:

"Çox elə sənin qızın üçün ürəyim gedir. Mənə gəlin verən papağını göyə atsın. Gəlinim mənimlə yaşamayacaq. Gəlin mənim evimin çiçəyi, gülü olacaq. Evdə heç mənə çay verməsi də lazım deyil, çay süzənim var".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024