Mobil versiya
"Bundan sonra məni bütün kanallarda görəcəksiniz" - FOTO
Tarix: 01-03-2017 | Saat: 15:52
Bölmə:Dünya | çapa göndər

"Bundan sonra məni bütün kanallarda görəcəksiniz" - FOTO


"Parisdə idim. Gürcüstan tərəfdən dəvət etmişdilər. Diasporla bağlı tədbirdə iştirak etdim. Bildiyiniz kimi, eyni zamanda, mən həm də Çaparidzeyəm. Orada Azərbaycan, rus, ingilis, fransız, gürcü dillərində mahnılar ifa etdim. Bu səbəbdən efirlərdə yox idim. Amma bundan sonra bütün kanallarda görəcəksiniz".

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında əməkdar artis Manana deyib.

Müğənni son günlər mahnıların hit ola bilməməsindən danışıb:

"Bu müğənnidən asılı deyil, piar məsələsidir. İndiki mahnılar pis deyil. Amma yazdırdıqdan sonra onu yaymaq da önəmlidir. Mahnının bəyənilməsi, onun geniş auditoriyaya çatdırılması tamamilə müğənnidən asılı olan bir şey deyil. Yaradıcılığımda müxtəlif janrlara müraciət edirəm. Xalq mahnıları da oxuyuram, amma əsas janrım caz və rokdur".

Manana övladlarının musiqi sevgisindən söz açıb:

"Övladlarım musiqiyə qarşı çox həssasdırlar. Uşaqlarım olduğu üçün demirəm, amma Elizabet və David istedadlıdırlar. Sadəcə, efirə çıxartmaq üçün düşünürəm ki, hələ tezdir".

İfaçı geyimlərinin hər zaman tənqid olunmasına münasibət bildirib:

"Heç vaxt geyimlərimin qiymətindən danışmamışam. Mənə nə yaraşırsa, onu geyinirəm. Bu zövq məsələsidir. Bəzi stilistlər tənqid edə bilərlər, bu da onların işidir".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024