Mobil versiya
Aygün Flora Kərimovaya cavab verdi
Tarix: 24-02-2017 | Saat: 15:42
Bölmə:Dünya | çapa göndər

Aygün Flora Kərimovaya cavab verdi

Xəbər verdiyimiz kimi, xalq artisti Flora Kərimova qafqazinfo vasitəsi ilə həmkarı Aygün Kazımovaya açıq məktub ünvanlayaraq, sərt sözlər deyib.

A.Kazımova axşam.az-a açıqlamasında qarşı tərəfin dediklərinə münasibət bildirib:

"Flora xanıma "urinoterapiya" (sidiklə müalicə üsulu - red.) əks təsir göstərir, ondandır. Mənim ona cavabım budur".

"Sizin münasibətiniz yaxşı idi, nə baş verdi?" sualına A.Kazımova belə cavab verib:

"Zeynəb Xanlarovanı yamsıladı, mən də buna fikir söylədim. Başqa heç nə olmayıb. Onunla ağız-ağıza verməyəcəm ki... Danışsın".

Qeyd edək ki, F.Kərimova "Show time" verilişində Z.Xanlarovanı parodiya etmişdi. A.Kazımova buna münasibət bildirərək "Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliq edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur" sözlərini deyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024