“Ərə gedəcəyim kişi “Koroğlu” olmalıdı...”
Tarix: 09-02-2017 | Saat: 11:51
Bölmə:Dünya | çapa göndər
Müğənni Səidə Sultan şəxsi həyatından danışıb. "AİA.AZ" xəbər verir ki, Lent.az-ın “Canlı yayım”ında qonaq olan ifaçı bildirib ki, bu yaxınlarda ona elçi gəlib:
“Mənlə ailə qurmaq istəyən insan var. Bu yaxınlarda da mənə elçi gəlib. Ərə getmək baxımından heç vaxt problemim olmayıb. Günü bu gün də gedə bilərdim. Amma xarakterim elədir ki, elə belə oğlana gedə bilmərəm. Mənim ailə qurduğum şəxs əsl kişi xarakterində olmalıdır. Amma düşünmüşəm ki, ailə qursam, Azərbaycanda qalmayacam, gedəcəm. Ailə qurduğum şəxs Qəhrəman, Koroğlu olmalıdır. Bilməliyəm ki, qarşımdakı kişidir, gözünü ağardan kimi özümü yığışdırım”.
Müğənni bildirib ki, artıq onun istədiyi kimi bir bəy var. Artıq ailə qurmaq niyyətindədir: “Həyatımda elə bir mərd bir oğlan var. Bunu ilk dəfə açıqlayıram. Heç vaxt bunu mətbuata deməmişəm. İllərdir arzuladığım bir insandır. Necə arzu edirdimsə, Allah qabağıma çıxardı. Bu ağ yox, qar atlı oğlandı. Toyun vaxtını, məqamını indidən demirəm. Hər şeyin öz məqamı var. İndi mərdimazar da çoxdur”.
S.Sultan bildirib ki, ailə qurmağa hazırlaşdığı şəxs onun sənətini dəstəkləyir: “O məni müğənni kimi sevib, hörmət edir, qəbul da edir. Hansı sahə ilə məşğul olduğunu deyə bilmərəm. Bilən bilir ki, oğlan nə işin sahibidir. Bu da mənə ləzzət edir. Bir sözlə seçdiyim insan şou-biznesdən çox uzaqdır. Allahım onu mənə ən pis anımda nəsib etdi. Həmin vaxtda ki, mən insanların içinə çıxmağa qorxurdum, utanırdım. Amma o mənə öz sözü, əməli ilə mənə dəstək oldu. Onun yanında özümü uşaq kimi hiss edirəm”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər