Mobil versiya
Nadir qaydanı pozdu - “... Saxlamağa yer olmayıb”
Tarix: 07-02-2017 | Saat: 10:44
Bölmə:Dünya / Manşet | çapa göndər

Nadir qaydanı pozdu - “... Saxlamağa yer olmayıb”





Müğənni Nadir Qafarzadə yol hərəkət qaydalarını kobud şəkildə pozub.

Bununla bağlı sosial şəbəkə istifadəçiləri şəkillər paylaşıb. Şəkildən görünür ki, o, idarə etdiyi 90 BŞ 777 nömrəli avtomobili yolun hərəkət hissəsində saxlayıb.

"AİA.AZ" "Qafqazinfo" - ya istinadən xəbər verir ki, müğənninin köməkçisi Bəşir Xıdırov aznews.az-a açıqlamasında 90 BŞ 777 nömrəli maşının Nadir Qafarzadəyə məxsus olduğunu təsdiqləyib:

“Nadir həmişə qayda-qanuna, yol hərəkət qanunlarına əməl edən müğənnidir. Ola bilsin harasa tələsir, ya da saxlamaq üçün yer olmayıb. Ya da vaxt məhdudiyyəti yaranıb. Bu, hər bir vətəndaşın başına gələ bilər.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024