Mobil versiya
“Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik” - Nazir
Tarix: 03-02-2017 | Saat: 13:12
Bölmə:Dünya / Manşet | çapa göndər

“Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik” - Nazir





+
“Bu il "Formula 1" azarkeşlərini əyləndirmək üçün təşkil ounacaq konsert proqramında dünya səviyyəli ulduzlar çıxış edəcəklər".

"AİA.AZ" Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, keçən il keçirilən "Formula 1" Azərbaycan Qran-Prisində həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu:

“Bu il ola bilsin, əyləncə hissə keçənilki səviyyədə olmasın. Bəzi dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonorarı barədə danışan nazir qeyd edib ki,rəqəmlər heç kəs üçün sirr deyil.

“Bu sahədə olan mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3000 manat, bəziləri 30-50 min manat, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında çıxış edirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonorar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki texniki avadanlıqlardan istifadə olunacaq. Buna da ümumilikdə daha az maliyyə xərclənəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024