Mobil versiya
Livandan təxliyələr davam edir
Tarix: 07-10-2024 | Saat: 20:19
Bölmə:Özəl | çapa göndər

Livandan təxliyələr davam edir

İsrailin Livanda qurudan hücumlara başladığını elan etməsindən sonra Nigeriya İsraildən 500 vətəndaşını təxliyə edib.Xarici İşlər Nazirliyinin sözçüsü Eche Abu-Obe verdiyi yazılı açıqlamada, hökumətin İsrail və Hizbullah arasındakı qarşıdurmalara görə evakuasiya prosedurlarına başladığını bildirib.
Abu-Obe, Livandakı 500 Nigeriya vətəndaşının təxliyə edildiyini bildirdi.

Livanda 2 mindən çox nigeriyalının olduğunu qeyd edən Əbu-Obe, səfirliyin onları tərk etməyə razı salmaq cəhdlərinə baxmayaraq, ölkədəki bir çox nigeriyalının evlərinə qayıtmaq istəmədiyini bildirib.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1411 nəfər ölüb. İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı məhdud və intensiv qurudan hücumlara başladığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2024