YAXŞI Kİ YAXŞILAR VARMIŞ DÜNYADA
Tarix: 22-09-2024 | Saat: 07:42
Bölmə:Manşet / Özəl / Yazar1 | çapa göndər
II yazı
Tanınmış şair, saytımızın redaktoru Şəmsi Qoca xəstəliyi ilə dolayı ağır cərrahi əməliyyat keçirmişdir. Amansız xəstəliklə mücadilə aparan şairin əməliyyatı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsində şöbə mdiri, cərrah, tibb üzrə fəlsəfə doktoru Anar Namazov tərəfindən gerçəkləşdirilmişdir. 9 saat çəkən əməliyyatın yüksək səviyyədə başa çatmasından sonra şairi palatasında ziyarət etdik. Onda bizə söz verdi ki, şöbənin gözəl kollektivindən, Anar Namazovun ustalığından mütləq yazı yazacaqdır. Yazının II hissəsini oxucuların ixtiyarına veririk.
Yazının I hissəini bu linkdən oxuya bilərsiniz.
https://aia.az/94834-yaxsi-ki-yaxsilar-varmis-dunyada.html
Gözümü açanda doktor Anar bəyi başımın üstündə gördüm. Bildim ki bura ayıltma otağıdır. Doktor yorğun görünsə də gülümsəyirdi. Əməliyyatın başarılı keçdiyi hər halından məlum idi. Necəsən, əmi? –deyə sordu. Göz qapaqlarımı endirib qaldırmaqla yaxşı olduğumu bildirməyə çalışdım. Sonra həkimi göstərişi ilə bir iynə vurdular və mən yenidən yuxuya getdim.
Reanimasiya otağında oyananda yenə gözüm elektron tabloya sataşdı. Gecə saat 3:30 idi. Əməliyyat müddətində heç nə hiss etməsəm də, əməliyyatdan öncəki olanları yaxşı xatırlayırdım. Başımın üstündə, ətrafımda tibb bacıları dayanmışdı. Dayanmışdı deyəndə bekar kimsə yox idi. Xeyli xəstə vardı və xəstələrlə şəfqətlə, sayğı ilə danışır, ağrılarının olub-olmadığını soruşurdular. Tibb bacılarından biri mənə yaxınlaşdı:
-Salam, Şəmsi müəllim. Məni tanıdınızmı? Adım Həqiqətdir. Mən Zərifə Zərrinin qızıyam. Anamın kitabının təqdimatında Sizi görmüşəm. O qədər gözəl çıxış etdiniz ki heç vaxt unutmaram. Sizə bu gecə özüm qulluq edəcəyəm. Bir arzunuz, istəyiniz varmı?
Danışmağa heyim olmasa da başımla, baxışımla razılığımı bildirdim. Dodaqlarıma su sürtməsini istədim. Həqiqət gülümsəyərək:
-Təəssüf ki bu mümkün deyil. İnşallah səhər palataya köçəndə onu da edəcəklər-dedi. İncimədim. Bilirəm ki bütün bunlar əməliyyatın tələblərinə aiddir və bu gözəl insanlar da mənim sağlamlığım üçün edirlər.
Huşa getdim və bütün həyatım sanki bir kino lenti kimi gözlərimin önündən keçirdi. Həmişə xəstələnəndə gördüyüm ağsaqqal, nurani kişi yenə gəlmişdi. Əlini alnıma qoyub:- Bu dəfə də kəfəni yırtdın. Sən missiyanı hələ başa vurmamısan. Yaxşı olacaqsan-deyib birdən-birə yox oldu.
Bir də ayılanda bildim ki artıq səhərdir. Tibb bacılarının söhbətindən anladım ki məni palataya köçürməyə hazırlaşırlar.
Şöbədə əməlli- başlı qarşılanma törəni varmış. İki gün ərzində isnişdiyim, doğmalaşdığım tibb işçilərinin sevinci gözlərindən oxunurdu. Tibb bacısı, qaraşirin qızımız Pəri Məmmədli, xəstə baxıcısı Sevinc Səfərova, xadimə Məhəbbət Şeydayeva, baş tibb bacısı Şəhla Məmmədova sanki əziz adamlarını görürmüş kimi sevinir, cəld hərəkətləri, qayğıkeş münasibətləri ilə məni kövrəldirdilər. Münasibət o qədər sıcaq, o qədər doğma idi ki, istər-istəməz gözlərim yaşardı.
Haşiyə:
Bu klinikanın əsası cənab Prezident İlham Əliyevin sərəncamı ilə qoyulub. Azərbaycanın fəxr etdiyi oğlu, ömrünü insanlıq üçün şam kimi əridən müdrik ağsaqqal, akademik, millət vəkili, ATU-nun sabiq rektoru Əhliman Əmiraslanovun zəhməti sayəsində bura ATU tələbələri üçün əsil uzmanlıq məktəbinə, xalqımız üçün isə şəfa ocağına çevrilmişdir. Transplantalogiya şöbəsi isə bütün şöbələrdən fərqli olaraq dəmir intizamı, hər şeyin qaydalar əsasında həyata keçirildiyi bir şöbə kimi tanınır. Əziz və sevimli müəllimi akademik Əhliman Əmiraslanovla fəxr edən Anar Namazov bu şöbədə sözün əsil mənasında intizamlı, səliqəli, hamının işini bildiyi və ən kiçik nüanslara belə diqqət yetirdiyi, səmimi və gülərüz bir kollektiv formalaşdıra bilmişdir. Hər dəfə bunu hiss etdikcə qəlbimdə b qəribə duyğular oyanır, fəxarət hissi keçirirdim. Anar həm də mənim eloğlum olduğundan bu fəxarət hiss də ikiqat olurdu. Elə ona həsr etdiyim “Eloğlu” şeirinin misraları da bu anlarda qəlbimdə süzülürdü. Şeirlə oxucuların tanış olduğunu nəzərə alaraq təkrara ehtiyac duymuram.
Yaxşı həkim, üstəgəl yaxşı idarəçi olmaq xüsusi istedaddan xəbər verir
Doğmalarımın mənimlə görüşməsinə icazə verilmişdi. Həyat yoldaşım Fəridə xanım, oğlum Tural palataya daxil olub məni görəndə gözlərindəki fərəh hissini duymamaq mümkün deyildi.
Bir azdan Anar həkim gəldi:
-Şəmsi kişi necəsən?
-Çox sağ ol, oğlum.
- Bəlkə də bütün həyata keçirdiyim əməliyyatların ən başaılısı bu əməliyyat oldu. Bilirsinizmi niyə?
- Niyə?
- Çünki siz çox pozitiv insansınız. İnanıram ki tezliklə də sağalıb evə gedəcəksiniz.
-Minnətdaram, həkim.
- Məni qardaşım qədər sevdiyim Tural müəllimin yanında mahcub etmədiyinə görə Allahımdan çox razıyam. Sizi əməliyyat edəndə sanki atamı əməliyyat edirəmmiş kimi hiss edirdim özümü. Çox şükür, hər şey əla oldu. İndi isə yatmaq dövrü keçdi. Qızlar Sizə korset taxacaqlar. Asta- asta yeriyin, qorxmayın.
Əməliyyatdan heç 10 saat keçməmişdi. Bu tezliklə ayağa durub yeriyəcəyim ağlımdan keçməzdi. Lakin həkimin təkidli baxışlarını görüb bunun bir zarafat olmadığını anladım və Pəri xanımın köməyi ilə ayağa durub yeridim.
Növbələr dəyişir, yeni komanda gəlir, amma nə münasibət, nə də qayğı dəyişmirdi. Anar həkimin yaratdığı ab-hava, insani duyğularla dolu mühit insanda yaşamaq hissini gücləndirirdi.
Kafedra müdiri, professor Nuru müəllim, rezident həkimlər Elçin bəy, Günay xanım, tibb bacıları Rəsmiyyə, Məkan, digər tibb işçiləri Mətanət. Natəvan, Aytən, Tərlanə, Şəlalə, Pərvanə, Sevinc bütün xəstələrə sayğı və hörmətlə yanaşırlar. Yaxşı adamların əhatəsində yaxşılaşmamaq mümkün deyil. Şirin Ordubad ləhcəsi ilə adamı minbir dillə dindirən Rəsmiyyəni, eləcə də “yeddi qızın biri Pəri” deyə çağırdığm Pəri xanımı, Şəhlanı necə unutmaq olar? Bu insanları bir araya gətirmiş, vahid komanda halında idarə edən, üzdə sərt, olduqca tələbkar, amma işində çox dərin bəşəri duyğular gəzdirən Anar Namazov həkim kimi də, insan kimi də gözümdə hər gün böyüyür, bir ata məhəbbəti ilə onu seyr etməkdən doymurdum. Yaxşı həkim olmaq mümkündür, amma eyni zamanda yaxşı idarəçi olmaq hər kəsə nəsib olan bir şey deyil. Liderlik keyfiyyəti, idarəçilik qabiliyyəti də xüsusi bir istedaddır, ki o da bizim Anarda cəmləşib və buna görə də ubu keyfiyyətləri ona bəş edən Tanrıya şükr etmək gərəkdir. 44 günlük Vətən müharibəsinin gözə görünməyən qəhrəmanlarından biri olan bu həyat dolu oğlan yüzlərlə yaralını, qaziləri əməliyyat etmiş, Vətənə, xalqa olan övlad borcunu da ləyaqətlə, şərəflə ödəmişdir.
İçimdən, ruhumdan şeir süzülürdü. Nə yaxşı ki yaxşı adamlar varmış- deyə düşünürdüm. Düşündükcə də hələ yaşamağa dəyər bu dünyada qnaətinə gəlirdim. Və o anlarda qəlbimdən keçən misralar indi şeirə çevrilib. Bu şeiri də elə doktor Anar bəyə və onun rəhbərlik etdiyi kollektivə ithaf edirəm.
Susuz səhralarda suya bənzəyir,
Zirvədə qarıymış, yaxşı adamlar.
Tanrı dediyimiz ulu bağbanın
Bağında barıymış yaxşı adamlar.
Elə ki bürüyür duman, çən ömrü,
Bölürük yaxşıya, pisə tən, ömrü.
Könlünə nar düşən xəstədən ötrü
Gülöyşə narıymış yaxşı adamlar.
Yaxşılar ocağın közü kimidir,
Yaxşılar varlığın gözü kimidir.
Yaxşılar sevginin özü kimidir,
Həyata yarıymış yaxşı adamlar.
İnsanı dünyanın əşrəfi sayan,
Dərdini, qəmini gözündən duyan,
Qəlbə fərəh verən, könül oxşayan
Sazıymış, tarıymış yaxşı adamlar.
Coşub çağlayarlar şəlalə kimi,
Meylə dolu olar piyalə kimi.
Sübh çağı gül üstə bir jalə kimi
Durudan duruymuş yaxşı adamlar.
Qalan günlərini say, Şəmsi Qoca,
Sözünü dünyaya yay, Şəmsi Qoca,
Həyatı sevməyə, ay Şəmsi Qoca,
Yaxşı ki varıymış, yaxşı adamlar.
Nəhayət, əməliyyatdan sonrakı 7 günün tamamında bu gözəl insanlardan ayrılmaq vaxtı çatır. Amma bu ayrılıq şərtidir. Çünki yaxşılardan ayrılmaq yoxluğa yuvarlanmaq kimidir. Məni yola salan, sağlamlıq arzulayan tibb heyətinin gözlərində təbəssüm, sevgi, qayğı, bir sözlə insana məxsus ən gözəl duyğuları hiss edə-edə klinikanı tərk edirəm. Bir daha xəstə kimi yox, dost kimi, ala gözlü Şəhlanın Şəmsi dayısı kimi qayıtmaq şərti ilə...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024