Mobil versiya
Prezident İlham Əliyevin qətiyyəti ilə Qərbi Azərbaycana da qayıdacağıq
Tarix: 07-10-2024 | Saat: 18:07
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin qətiyyəti ilə Qərbi Azərbaycana da qayıdacağıq

Bakı daha bir möhtəşəm mədəni hadisəyə şahidlik etdi. Prezident İlham Əliyevin iştirak etdiyi
Azərbaycanın aşıq yaradıcılığının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin abidəsinin
açılış mərasimi oldu. Ustad sənətkarın şərəfinə ucaldılan abidə Azərbaycan dövlətinin milli mənəvi
dəyərlərimizə olan yüksək ehtiramının, adət-ənənələrimizə sadiqliyin nümunəsi idi. Formaca
rəngarəng, məzmunca zəngin olan və xalqımızın mədəni sərvətinə çevrilmiş Aşıq Ələsgər
yaradıcılığına göstərilən yüksək ehtiram ölkəmizin ədəbi ictimaiyyəti tərəfindən alqışla qarşılandı.
İlham Əliyevin mərasimdə səsləndirdiyi məzmunlu çıxışı xalq olaraq tariximizin, mədəniyyətimizin
unutdurulmaması, yaşadılması, nəsildən-nəsilə ötürülməsi baxımdan olduqca əhəmiyyətlidir.Ölkə
başçısı qeyd etdi ki, müəyyən müddətdən sonra Azərbaycan xalqı öz ata-baba yurdlarına qayıtdı,
“yəni, hamısı olmasa da, böyük bir qisim qayıtdı”: “Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü
etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına
qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var”. Dövlətimizin başçısı diqqəti bu mövzuya
yönəltməsi təsadüf deyildi. Çünki Aşıq Ələsgərin özü də Göyçə mahalından idi.
Bu gün Qərbi Azərbaycanda, tarixi torpağımızda etnik təmizləmə nəticəsində bir nəfər də olsun
azərbaycanlı yaşamır. Orada mədəni irsimizin ya tamamilə məhv edildiyi, ya da ciddi şəkildə
zədələnib saxtalaşdırıldığı məlumdur. Aşıq Ələsgərin yurdu Göyçə mahalı da qədim İrəvan xanlığının
şimal-şərq hissəsində - Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin mərkəzlərindən
biri hesab olunur.
Aşıq Ələsgər də bir çox azərbaycanlı kimi erməni şovinistlərinin etnik təmizləməsinin qurbanı
olmuşdu. Böyük sənətkar ömrünün son illərində doğma yurdunu tərk etmək məcburiyyətində
qalmışdı. Həmin vaxt onun 97 yaşı var idi.
Prezident İlham Əliyev Aşıq Ələsgərin taleyindən danışarkən bildirdi ki, 1918-ci ildə erməni vandalları
azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular: “Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu
Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına
çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da
fərqlənmir”. Gün gələcək Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edib Ağkilsə
kəndində də analoji mərasim keçiriləcək.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyev daha bir
milli məqsəd qoyur - azərbaycanlıların öz tarixi torpaqlarına, Qərbi Azərbaycana qayıtması. Ona görə
də əminliklə demək olar ki, hazırda uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramı çox tezliklə bir
vaxtlar deportasiya edilmiş azərbaycanlıları öz tarixi torpaqlarına - Qərbi Azərbaycana qayıdışına yol
açacaq! Biz Prezident İlham Əliyevin qətiyyəti ilə tarixi yurd yerimizə qayıdacağıq, Qarabağa
qayıtdığımız kimi. O gün uzaqda deyil.

Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2024