Heç kim bizim səbrimizlə oynamasın
Tarix: 07-10-2024 | Saat: 14:00
Bölmə:Parlament | çapa göndər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Dövlət başçısı çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində tarixi Zəfərə doğru atılan addımlardan bəhs edərək bildirdi ki, 10 noyabr 2020-ci il tarixdə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Tarixi Zəfərimiz daim keçilən yola, 30 illik işğal dövrünə nəzər salmağa çağırış edir. “İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir”, - söyləyən cənab İlham Əliyev növbəti mərhələdə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışdı. Qeyd etdi ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar: “Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur... Tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam. Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Zəngilan rayonlarına səfəri çərçivəsində mühüm sosial obyektlərin açılışı, təməlqoyma mərasimində iştirak etdilər. Görülən işlər bir daha təsdiqlədi ki, dövlətimizin siyasətində vətəndaş amili əsasdır. Vətəndaş məmnunluğunun artırılması üçün bütün zəruri addımlar atılır. Bu ərazilərimizdə həyata keçirilən sosial layihələrə diqqət yetirmək kifayətdir. Həmçinin, dogma yurd-yuvalarına qayıdacaq soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün mühüm addımlar atılır. Sözügedən səfər zamanı 5 yeni müəssisənin təməli qoyuldu. Bildirildi ki, bu müəssisələrdə mindən çox insan çalışacaq. Dövlət başçısı İlham Əliyevin bu müəssisələri ərsəyə gətirən iş adamlarına tövsiyəsi belə oldu ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Keçirilən görüş də bu dağıntılar arasında idi.
Cənab İlham Əliyev çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Bilirdik ki, ermənilər torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərindən bu çağırışı etdi: “Bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar”.
Azərbaycan bu gün də dünyanın ikili standartlara əsaslanan siyasətini öz üzərində görür. Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı əsassız iddialarını davam etdirirlər. Ermənistana dəstək verməkdən, silahlandırmaqdan çəkinməyən bəzi dövlətlər bununla Ermənistanın ərazi iddialarını davam etdirməsinə yardımçı olduqlarını açıq-aşkar büruzə verirlər. Cənab İlham Əliyev çıxışında Ermənistanın təhlükəli oyunlara qoşulduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Özlüyündə yaranan “Silahları onlara kim verir” sualına cavab olaraq bildirdi ki, Fransa və onun kimi anti-Azərbaycan ölkələr bunu edir. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Dövlətimizin başçısı bəyan etdi: “Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.
Ətraflı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları bu günlərdə Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında da xüsusi yer tutdu. “Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz”, - söyləyən cənab İlham Əliyev bildirdi ki, böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir.
Azərbaycan daim dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq çağırışını edib və edir. 30 illik işğal dövründə sülh danışıqlarının davam etdirilməsində, problemin sülh yolu ilə həllində maraqlı tərəf Azərbaycan idi. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişatında Müzəffər Ali Baş Komandan müharibənin hansı şərt daxilində dayandırılacağını bildirməklə sülhün tərəfdarı olduğunu bird aha təsdiqlədi. Postmüharibə dövrünün reallıqları da Azərbaycanın sülh gündəliyinin müəllifi olduğunu nümayiş etdirir. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini etdi. Əsas məqsəd regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasıdır. Ölkəmiz ötən dövr ərzində sülh müqaviləsinin imzalanması üçün üzərində düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirdi. Ermənistanın isə yeni arxa, dəstəkçi axtarışı sülh müqaviləsinin imzalanması prosesini uzadır. Cənab İlham Əliyev Cəbrayıl şəhərindən bu çağırışı etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajını çatdırdı: “Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın”.
Günümüzün reallığı budur ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdır, bu torpaqlara yeni nəfəs gətirirlər.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024