Eltun Süleymanov: "Cəbrayıl tarixi keçmişinə ən müasir formada qovuşur"
Tarix: 05-10-2024 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-7 | çapa göndər
Bu gün kimin yolu Cəbrayıla düşürsə, genişmiqyaslı yenidənqurma, quruculuq işlərinin şahidi olur. Yol infrastrukturu yenidən qurulur, dəmiryolu bərpa edilir, elektrik enerjisi, su təchizatı sistemləri Cəbrayıla yeni həyat, yeni nəfəs verir. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra digər bölgələrimiz kimi, qısa bir zamanda Cəbrayıl rayonunda da bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilib. Bu gün işğaldan azad edilən bütün ərazilərimizdə yenidənqurma işləri intensive xarakter alıb. Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində yeni layihələr həyata keçirilir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilir. Həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimizdə, o cümlədən Cəbrayılda dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastrukturlar tezliklə yenidən qurulacaqdır. Cənab Prezidentin və ölkənin birinci xanımı Mehriban Əliyevanın şəhər günü ərəfəsində Cəbrayıla səfəri isə daha böyük önəm daşıyır. Oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirakı, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etmələri ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsinin təsdiqi idi.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, yeni istifadəyə verilən Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilib. Altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib. Cənab Prezident tədbirdə çıxışı zamanı deyib: “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı.” Cənab Prezidentin verdiyi bu təhlil bütün gerçəkliklərin izahı, qələbəyə inamın ifadəsdir. Bu belə də oldu. Cəbrayıl düşmən işğalından azad edildi. Bu gün keçirilən açılış tədbiri isə bədxhlarımızın məkrli niyyətlərini gözündə qoydu. İndi dünyanın gözü Azərbaycandadır. Qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı işlər yaxşı mənada əsl heyrət doğurur. Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcək-deyə Eltun Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65