Mobil versiya
Hindistanda 1,5 milyon insanın izlədiyi şou zamanı istidən 5 nəfər ölüb
Tarix: 07-10-2024 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

Hindistanda 1,5 milyon insanın izlədiyi şou zamanı istidən 5 nəfər ölüb

Hindistanda 1,5 milyon adamın qatıldığı hava şousunda 5 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.
Dünən Hindistanın Çennay şəhərində Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümü çərçivəsində keçirilən hava şousuna minlərlə insan axın edib. Marina Beach-də keçirilən şounu ən azı 1,5 milyon insan izləyib. Təşkilatlamanın düzgün aparılmaması səbəbindən vağzallarda izdiham yaranıb. Havanın temperaturu 35 dərəcəyə çatdığından onlarla insan xəstəxanaya yerləşdirilib, ən azı 5 nəfər istidən dünyasını dəyişib.
Yerli mətbuatın yazdığına görə, tədbirin keçirildiyi ərazidə içməli su kifayət qədər olmayıb və izləyicilər həddən artıq kobudluq üzündən əraziyə çatmaq üçün uzun məsafə qət etməli olublar. Avtobus və qatarlarda sıxlığın saatlarla davam etdiyi də bildirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2024