Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi 5 oktyabr Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirib -Fotolar
Tarix: 07-10-2024 | Saat: 12:42
Bölmə:Gündəm / Özəl | çapa göndər
Bu gün Azərbaycan müəlliminin qarşısında dövlətimizin inkişafı, siyasi-iqtisadi stabilliyi, xalqın mənəvi birlik və həmrəyliyi, milli dəyərlərimizin əsas təminatçısı olan gənc vətəndaşların formalaşması, mənəvi-əxlaqi inkişafı və tərbiyəsi kimi mühüm və müqəddəs vəzifə durur. Xalqımızın sarsılmaz birlik və həmrəyliyinin bariz nümunəsi olan, tarixə qızıl hərflərlə yazılan və parlaq zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan müəlliminin bu vəzifəni, müqəddəs amalı layiqincə yerinə yetirməsinin əyani sübutudur.
Hər il oktyabr ayının 5-də dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllim Günü qeyd olunur. Ölkəmizdə müəllim peşəsinə münasibət hər zaman xüsusi olub. Xalqımız öz böyüklərinə, müəllimlərinə hər zaman hörmət və ehtiram göstərib.
Oktyabrın 4-də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi, Beynəlxalq Müəllim Günü ilə əlaqədar C.Naxçıvanski adına Hərbi Liseydə təntənəli tədbir keçirilib. Şəhid ailələrinin üzvü olan müəllimlərimizin, o cümlədən C.Naxçıvanski adına Hərbi Liseydə, Heydər Əliyev adına məktəbdə və digər təhsil müəssisələrində çalışan müəllimlərin iştirakı ilə keçirilən tədbirdə MN BHİK-nin sədri Kərim Rzayev və C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev də iştirak ediblər. Tədbir Hərbi Liseydə yaradılmış Heydər Əliyev muzeyinin ziyarət olunması ilə başlayıb. Daha sonra görüş dəyirmi masa arxasında davam edib. Kərim Rzayev və Anar Mirzəyev çıxış edərək müəllimləri peşə bayramları münasibətilə təbrik ediblər, onlara yeni dərs ilində uğurlar diləyiblər. Müəllimlərə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Daha sonra tədbir çay süfrəsi arxasında davam edib. Müəllimlər bu təbirə görə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024