Mobil versiya
Blinken: HƏMAS tərəfindən tutulan girovların çoxu hələ də sağdır
Tarix: 26-09-2024 | Saat: 20:33
Bölmə:Özəl | çapa göndər

Blinken: HƏMAS tərəfindən tutulan girovların çoxu hələ də sağdır


Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin çoxu hələ də sağdır. Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində deyib.O, onların hamısının qaytarılmalı olduğunu bildirərək, girovlar arasında Amerika vətəndaşlığı olan şəxslərin də olduğunu qeyd edib.

Blinken vurğulayıb ki, Həmasın əlində olan insanların azad edilməsi Ağ Evin münaqişə tərəflərini atəşkəsə razı salmaq üçün göstərdiyi bütün səylərdə əsas prioritetdir.

Daha əvvəl Fələstin Siyasi və Sosioloji Araşdırmalar Mərkəzi Qəzza zolağında respondentlərin 57%-nin HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücum qərarını səhv adlandırdığını bildirib, NSN Telegram kanalı xəbər verir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024