Mobil versiya
Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmiş güc
Tarix: 26-09-2024 | Saat: 15:49
Bölmə:Özəl | çapa göndər

Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmiş güc

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatının başlaması barədə qərar verildi. Beləliklə, İkinci Qarabağ müharibəsi başlandı. Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə ərzində oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də unikal hərbi əməliyyatla “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Azərbaycan mədəniyyətinin paytaxtı” hesab edilən Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsini və Ermənistanın birmənalı məğlubiyyətini, kapitulyasiyasını təsbit etdi. 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.

Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024