Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan hər zaman güclü və hazırlıqlı olmalıdır”
Tarix: 24-09-2024 | Saat: 16:40
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan hər zaman güclü və hazırlıqlı olmalıdır”

“Xalqımız bu il sentyabrın 1-də növbəti dəfə möhtəşəm bir ilkə imza atdı. Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ilk dəfə olaraq Parlament seçkiləri ölkənin istisnasız bütün suveren ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda keçirildi. Növbədənkənar Parlament seçkiləri artıq öz dədə-baba yurdlarında səs verən keçmiş köçkün vətəndaşlarımız üçün ikiqat önəm kəsb etmiş oldu. Məhz bu seçkilərdə onların səsvermə hüquqlarının bərpa olunması reallığı bir daha öz təsdiqini tapdı. Eyni zamanda da bu seçkilər Azərbaycandakı sabitliyin və inkişafın daha bir nümayişi oldu. Əlbəttə ki, bütün bu nailiyyətlər ilk növbədə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin bariz təzahürləridir. Təsadüfi deyil ki, cari ilin sentyabr ayının 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın qarşısında yeni imkanların, yeni üfüqlərin açıldığını vurğuladı. Dövlətimizin başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq və inkişaf mərhələsinə qədəm qoyduğunu diqqət mərkəzinə çəkərək, Azərbaycanın müəllifi olduğu yeni rellıqların artıq bütün dünyada qəbul edildiyini qeyd etdi.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı səsləndirib.

Daha sonra müsahibimiz, Prezident İlham Əliyevin Milli Məclisdə etdiyi çıxışında bir çox mühüm məqamların yer aldığını vurğulayaraq bunları deyib: “Əlbəttə ki, cənab Prezident İlham Əliyevin açıqlama verdiyi ən vacib məsələlərdən biri ölkənin qarşısında duran vəzifələrlə bağlıdır. Dövlətimizin başçısı açıq mətnlə və konkret olaraq bildirdi ki, bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, bu gün bir tərəfdən dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, o cümlədən bizim ətrafımızda gərginliyin artması, digər tərəfdən isə Ermənistanda revanşizm meyillərinin güclənməsi bizi hərbi potensialın gücləndirilməsinə daim diqqət göstərməyə vadar edir. Cənab Prezident hər zaman olduğu kimi, müdriklik və uzaqgörənlik nümayiş etdirərək bildirdi ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi ciddi problemlər gözləyə bilər. Unutmaq olmaz ki, hələ də Qələbəmizi həzm edə bilməyən müəyyən xarici dairələr ölkəmizə qarşı yeni planlar hazırlamaqdadırlar. Onlar yenidən hərəkətə keçmək üçün Azərbaycanın arxayınlaşacağı və zəifləyəcəyi anı gözləyirlər. Məhz bu fürsəti onlara verməmək üçün də Azərbaycan hər zaman güclü və hazırlıqlı olmalıdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024