Mobil versiya
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
Tarix: 26-09-2024 | Saat: 12:29
Bölmə:Təhsil | çapa göndər

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə oktyabrın 6-da növbəti imtahan keçiriləcək

Bu barədə aia.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahan saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Qeyd edilib ki, təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024