Mobil versiya
İsrail HƏMAS-ın xüsusi təyinatlılarının komandirini öldürüb
Tarix: 26-09-2024 | Saat: 17:28
Bölmə:Dünya | çapa göndər

İsrail HƏMAS-ın xüsusi təyinatlılarının komandirini öldürüb

HƏMAS-ın "Nuhba" xüsusi təyinatlılarının komandiri və hərəkatın daha bir döyüşçüsü öldürülüb.

aia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

"Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın "Nuhba" xüsusi təyinatlılarının komandirinə və 7 oktyabr hadisələrində iştirak edən terrorçunun olduğu əraziyə zərbələr endiriblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, Rəfah rayonunda Qəzza zolağına silah tədarükünə cavabdeh olan Süleyman Cavad Əbu Lafi ötən həftə öldürülüb. Həmçinin hava zərbəsi nəticəsində Süleymanın qardaşı, "İslami Cihad" Fələstin hərəkatının döyüşçüsü Abdullah Əbu Lafi də öldürülüb. Son sutka ərzində Rəfah rayonunda əməliyyat zamanı İsrail ordusunun 162-ci diviziyasının qüvvələri HƏMAS-ın təxminən 15 döyüşçüsünü öldürüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024