Ana Sayfa > Özəl > Blinken: HƏMAS tərəfindən tutulan girovların çoxu hələ də sağdır
Blinken: HƏMAS tərəfindən tutulan girovların çoxu hələ də sağdır26-09-2024, 20:33. Yazar: sevinc1 |
Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin çoxu hələ də sağdır. Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində deyib.O, onların hamısının qaytarılmalı olduğunu bildirərək, girovlar arasında Amerika vətəndaşlığı olan şəxslərin də olduğunu qeyd edib. Blinken vurğulayıb ki, Həmasın əlində olan insanların azad edilməsi Ağ Evin münaqişə tərəflərini atəşkəsə razı salmaq üçün göstərdiyi bütün səylərdə əsas prioritetdir. Daha əvvəl Fələstin Siyasi və Sosioloji Araşdırmalar Mərkəzi Qəzza zolağında respondentlərin 57%-nin HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücum qərarını səhv adlandırdığını bildirib, NSN Telegram kanalı xəbər verir. aia.az Tərcümə şöbəsi Geri dön |