Mobil versiya
İranın I vitse-prezidenti Ermənistana gedir - Pezeşkian AÇIQLADI
Tarix: 26-09-2024 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

İranın I vitse-prezidenti Ermənistana gedir -

İranın I vitse-prezidenti Məhəmməd Rza Arefin yaxın günlərdə Ermənistana səfər edəcəyi gözlənilir.

aia.az xəbər verir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkian bildirib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə I vitse-prezident Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu səfərlər insanlara daha yaxşı həyat yaşamağa kömək edəcək. On dördüncü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. Biz söz verdiyimiz kimi, Şərq və Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”, - İran prezidenti X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024