Mobil versiya
"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" - Deputat
Tarix: 30-09-2026 | Saat: 12:03
Bölmə:Parlament | çapa göndər

"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" -

"Müxtəlif illərdə qəbul edilmiş sahibkarlığa dair qanunları bir yerə toplayıb, çox mükəmməl Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini vacib hesab edirəm. Yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin, Bank Məcəlləsinin də qəbul edilməsi çox məqsədə uyğun olar".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 31 il bundan qabaq qəbul edilib:

"Onun reallaşma mexanizmi çox zəifdir və hesab edirik ki, zəif olduğuna görə praktikada bir sıra hallarda kobud qanun pozuntularına yol verilir. Məsələn, vətəndaşın nəsə alanda onu 14 gün ərzində qaytarmaq yaxud da dəyişmək hüququ var. Bu hüquqdan çox təəssüflər olsun ki, vətəndaşların çoxu bir sıra hallarda istifadə edə bilmir. Hesab edirəm ki, istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün istehlakçıların hüquqlarının qorunmasına dair müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsi çox məqsədə uyğun olar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026