Ağdam şəhəri - davamlı inkişaf strategiyasının bariz nümunəsi
Tarix: 18-11-2026 | Saat: 21:51
Bölmə:Siyasət | çapa göndər

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Erməni barbarlığı Ağdamın nümunəsində çox aydın görünür. Dövlətimizin başçısı İlham Əliyev Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında bu reallıqları əsaslı şəkildə diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Ağdam 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub. Yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub. Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz.
Ağdam azad olunarkən bir dənə də olsun tikili qalmamışdır. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.
Qeyd edək ki, işğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Hazırda azad edilmiş bütün ərazilərimiz, o cümlədən Ağdam bərpa-quruculuq dövrünü yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulub, bunlardan 2-nin açılışı olub, digərlərin isə təməli qoyulub. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olub. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı, Eyvazxanbəyli kəndlərinin təməli qoyulub.
Hər zaman çıxışlarında “Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərləri ilə Böyük Qayıdışın prioritetliyini, ən əsası bu torpaqların dağıntı mərhələsindən quruculuq dövrünə qədəm qoymasında nə qədər maraqlı olduğumuzu nümayiş etdirdi. İlklərə imza atan Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası ilə işğaldan azad edilmiş ərazilərimizi ən müasir, yeniliklərə cavab verən məkana çevirir. Prezident İlham Əliyev 2020-ci il 23 noyabr tarixində Ağdam şəhərinə səfəri zamanı bu çağırışı etmişdir ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.
Azərbaycan hər bir hədəfə ardıcıllıqla nail olur. 2020-ci ilədək dövr işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq mərhələsi idi. Azərbaycan bu illər ərzində bütün sahələrdə davamlı uğurlara imza atdı, informasiya cəbhəsində üstünlüyünü qorudu. Bu uğurlar 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin Zəfərlə başa çatmasını şərtləndirdi. Növbəti mərhələdə suverenliyimizin tam bərpası əsas hədəf kimi qarşıda dayandı. Bu hədəfə də nail olduq. Artıq qurub-yaratmaq dövrüdür. Qısa zamanda 48 şəhər, kənd və qəsəbənin sakinlərinə qovuşması görülən işlərin miqyasının nə qədər geniş olduğunu təsdiqləyir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2026