Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Tarix: 18-11-2026 | Saat: 20:04
Bölmə:Siyasət | çapa göndər

2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhəm tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisədir.
Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq əlaqələrinin yeni məzmunla zənginləşdirilməsini, tərəfdaşlığın daha geniş istiqamətlər üzrə inkişafını nəzərdə tutur.
İkitərəfli münasibətlərin təməli 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə möhkəmləndirilib. Xüsusilə enerji sektorunda uzun illər davam edən əməkdaşlıq qarşılıqlı etimadın və iqtisadi tərəfdaşlığın güclənməsində mühüm rol oynayıb.
Yeni Bəyannamə əməkdaşlığın enerji sahəsi ilə məhdudlaşmadığını, iqtisadiyyat, investisiya, nəqliyyat-logistika, bərpaolunan enerji, müdafiə və təhlükəsizlik, təhsil, elm və innovasiya istiqamətlərini də əhatə etdiyini nümayiş etdirir.
Orta Dəhlizin inkişafı, yaşıl enerji layihələri və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sənəddə nəzərdə tutulan illik Strateji Tərəfdaşlıq görüşləri isə əldə olunmuş razılaşmaların həyata keçirilməsi və yeni prioritetlərin müəyyənləşdirilməsi üçün mühüm mexanizmdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Böyük Britaniya ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi də bu siyasətin mühüm nəticələrindən biridir.
Dublində imzalanmış Birgə Bəyannamə iki ölkə arasında tarixi dostluq ənənələrinə əsaslanan, müasir çağırışları və gələcək inkişaf perspektivlərini əhatə edən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli siyasi sənəddir.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2026