YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib -Foto
Tarix: 18-11-2026 | Saat: 20:06
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Nərimanov rayon təşkilatının “Z.Bünyadov prospekti 1965” ünvanı üzrə Ərazi Partiya Təşkilatında (Sosial Xidmətlər Agentliyi) tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan və keçdiyi inkişaf yolundan bəhs edib. O, partiyanın Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən strategiyası əsasında formalaşdığını, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında partiyanın 34 illik fəaliyyəti ərzində qazandığı nailiyyətlərə, ölkəmizin inkişafında və milli maraqlarımızın qorunmasında oynadığı mühüm rola diqqət çəkib. O, Yeni Azərbaycan Partiyasının xalqın etimadını qazanmış, cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirən aparıcı siyasi qüvvə olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də YAP-ın zəngin tarixi, ideoloji prinsipləri, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin gələcək inkişafı naminə həyata keçirdiyi fəaliyyət barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2026