Mobil versiya
Pelosinin həyat yoldaşı 40 dəqiqə həbsdə qaldı
Tarix: 18-11-2026 | Saat: 23:16
Bölmə:Dünya | çapa göndər

Pelosinin həyat yoldaşı 40 dəqiqə həbsdə qaldı


ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi məhkəmə tərəfindən bir günlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, həbsxanada təxminən 40 dəqiqə vaxt keçirib.

“aia.az” xəbər verir ki, bu barədə “TMZ nəşri Napa dairəsi həbsxanasının qeydlərinə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, 86 yaşlı Pelosi noyabrın 16-sı səhər saat 10:28-də cəzaçəkmə müəssisəsinə daxil olub və saat 11:04-də sərbəst buraxılıb. Onun həbsxanada bu qədər qısa müddət qalması, hadisə yerindən qaçdığı yol-nəqliyyat hadisəsi ilə bağlı iş üzrə əldə edilmiş razılaşmanın (təqsiri etiraf etmə müqabilində cəzanın yüngülləşdirilməsi) nəticəsi olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2026