Mobil versiya
Arda Güler 2032-ci ilədək "Real"da
Tarix: 18-11-2026 | Saat: 16:25
Bölmə:İdman | çapa göndər

Arda Güler 2032-ci ilədək "Real"da

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.

Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.

Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2026