“Ruhlar şəhəri” Qarabağın ən müasir mərkəzlərindən birinə çevrilir
Tarix: 18-11-2026 | Saat: 16:21
Bölmə:Siyasət | çapa göndər

Dövlət başçısı İlham Əliyev 23 noyabr 2020-ci il tarixdə Ağdam şəhərinə səfəri zamanı Ağdam məscidinin qarşısında çıxışında “Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq” söyləyərək bu hədəfi də açıqlamışdır ki, biz Ağdam şəhərini, bütün kəndlərimizi bərpa edəcəyik.
Son 6 il görülən bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Ağdam şəhərinin və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il noyabr ayına olan məlumata əsasən Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində 193 ailə olmaqla 814 nəfər, ümumilikdə isə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb.
Ağdamda görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyev bu rayona 17 səfər edib. Səfərlərin hər birinə diqqət yetirsək çoxsaylı sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsinin, görülən işlərlə tanışlığın şahidinə çevrilərik. Görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Ötən müddət ərzində “Aghdam City Hotel”in və “Hilton Garden Inn Agdam” hotelin açılışı olmuşdur. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə-Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılıb. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ağdam Muğam Mərkəzinin açılışı olub. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Təbii ki, görülən işlər bunlarla tamamlanmır. Ağdam şəhəri 2022-ci ilin oktyabr ayında ilk Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Bu tədbir Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin miqyasının nə qədər geniş olduğunu, həmçinin Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim etdi. «Ruhlar şəhəri» adlandırılan Ağdam hazırda Qarabağın ən müasir, yaşıl və inkişaf etmiş mərkəzlərindən birinə çevrilir.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2026