Müasir Ağdam: şanlı Zəfərin rəmzi, Böyük Qayıdışın ünvanı
Tarix: 18-11-2026 | Saat: 15:21
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müasir tarixində elə şəhərlər var ki, bütöv bir xalqın mübarizə əzmini, tarixi yaddaşını və milli iradəsini nümayiş etdirir. Ağdam da məhz belə şəhərlərimizdəndir. Bir vaxtlar Qarabağın ən böyük və abad yaşayış məntəqələrindən biri kimi tanınan bu şəhər Ermənistanın işğalı nəticəsində ağır dağıntılara məruz qalsa da, Azərbaycan xalqının yaddaşından silinmədi. Uzun illər davam edən həsrət, mübarizə və qayıdış arzusu Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə reallığa çevrildi. Bu gün Ağdamın simasında biz yalnız azad edilmiş şəhərin deyil, həm də güclü dövlətin quruculuq imkanlarının, milli həmrəyliyin və gələcəyə inamın təcəssümünü görürük.
Ağdamın tarixi keçmişi onun strateji və mədəni əhəmiyyətinin göstəricisidir. 1930-cu ildə rayon statusu almış bu ərazi qədim yaşayış məskənləri, zəngin arxeoloji irsi, münbit torpaqları və əlverişli coğrafi mövqeyi ilə seçilir. XX əsrin ortalarından etibarən aparılan arxeoloji tədqiqatlar Ağdam ərazisində qədim insanların Eneolit dövründən məskunlaşdığını, burada əkinçilik və maldarlıq mədəniyyətinin inkişaf etdiyini təsdiqləyib. Tarixən Qarabağın iqtisadi, ictimai və mədəni həyatında əhəmiyyətli rol oynayan Ağdam özünün memarlıq abidələri, dini məkanları, muğam ənənələri və milli-mənəvi dəyərləri ilə də seçilib.
Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində bu qədim diyarın həyatında faciəli dövr başladı. İyulun 23-də rayonun böyük hissəsinin işğal edilməsi nəticəsində 128 min nəfər doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə soydaşımız yaralandı. İşğalçılar şəhərin yaşayış binalarını, məktəblərini, mədəniyyət müəssisələrini, tarixi və dini abidələrini dağıtdılar, maddi sərvətlərini talan etdilər. Vaxtilə insanların gündəlik həyatının qaynadığı küçələr, parklar və ictimai məkanlar xarabalığa çevrildi. Bütün bunlar beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı yönəlmiş vandalizm siyasətinin göstəricisi idi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və digər Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, Ermənistan bu çağırışlara məhəl qoymadı.
Azərbaycan xalqının iradəsi, dövlətimizin qətiyyətli siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü strategiya nəticəsində bu ədalətsizliyə son qoyuldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdamın işğal altında qalan əraziləri Azərbaycana qaytarıldı. Bu hadisə hərbi-siyasi Qələbəmizin mühüm nəticələrindən biri olmaqla yanaşı, onilliklər ərzində doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan ağdamlıların həyatında yeni mərhələnin başlanğıcı oldu. Ağdamın azad edilməsinin qəhrəmanlıq tariximizdə yerini əbədiləşdirmək məqsədilə “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi və 5790 hərbi qulluqçunun bu medalla təltif olunması dövlətimizin Vətən qarşısında xidmətlərə verdiyi yüksək qiymətin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-sinin Ağdam Şəhəri Günü kimi müəyyən edilməsi də bu hadisənin əhəmiyyətini daha da artırır.
Bu gün Ağdamın qarşısında duran əsas vəzifə onun tarixi simasını qorumaqla müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasıdır. Azərbaycan dövləti bu məqsədlə genişmiqyaslı layihələr həyata keçirir. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi bərpa prosesinin sistemli və uzunmüddətli xarakter daşıdığının göstəricisidir. Plana uyğun olaraq şəhərdə yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, parklar, yollar və digər sosial obyektlər inşa olunur. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində həyata keçirilən layihələr, eləcə də digər kəndlərdə aparılan tikinti işləri doğma torpaqlarda həyatın yenidən canlanmasına xidmət edir. Məqsəd Ağdamı yalnız əvvəlki vəziyyətinə qaytarmaq deyil, onu müasir infrastruktura, yüksək yaşayış standartlarına və geniş iqtisadi imkanlara malik şəhərə çevirməkdir.
Ağdamın gələcək inkişafında iqtisadi dirçəliş xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı bu baxımdan strateji əhəmiyyətli layihədir. 190 hektar ərazini əhatə edən sənaye parkında müxtəlif istehsal müəssisələri yaradılır, sahibkarlıq fəaliyyəti genişləndirilir və yeni iş yerləri açılır. Rezidentlərinin sayına görə ölkənin aparıcı sənaye parklarından birinə çevrilən bu müəssisə Qarabağın sənaye potensialının reallaşdırılmasına, yerli istehsalın inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Bununla yanaşı, Bərdə-Ağdam dəmir yolu xətti, müasir avtomobil yolları və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin nəqliyyat imkanlarını genişləndirir. Yeni infrastruktur Ağdamın ölkənin iqtisadi məkanına inteqrasiyasını sürətləndirməklə yanaşı, gələcəkdə onun regional logistika və ticarət mərkəzlərindən birinə çevrilməsi üçün də zəmin yaradır.
Ağdamın bugünkü mənzərəsi Azərbaycan dövlətinin gücünü və xalqımızın quruculuq əzmini nümayiş etdirir. Vaxtilə dağıdılmış şəhər indi yeni yaşayış məhəllələri, istehsal müəssisələri, müasir nəqliyyat infrastrukturu və mədəniyyət obyektləri ilə yenidən qurulur. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımız üçün həm tarixi ədalətin bərpasının, həm də gələcəyə inamın rəmzidir. Ağdam əsl taleyini xalqın iradəsi, dövlətin qüdrəti və Vətənə bağlılıq müəyyən edir. Artıq Ağdam yeni inkişaf mərhələsinə qədəm qoyur və Qarabağın gələcəyində öz layiqli yerini inamla bərpa edir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2026