Mobil versiya
ABŞ-ın sülh planında Rusiya ilə bağlı bənd çıxarılıb
Tarix: 24-11-2025 | Saat: 20:26
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın sülh planında Rusiya ilə bağlı bənd çıxarılıb

ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planında dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı bənd aradan qaldırılıb.
Bloomberg mənbələrə istinadən bu barədə məlumat verib.

Hesabatda deyilir ki, "Planın son versiyasında artıq ABŞ-ın rəhbərlik etdiyi yenidənqurma səylərinə təxminən 100 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin ayrılması planından bəhs edilmir".

Əvvəlcə plan Vaşinqtonun bu ssenaridən əldə etdiyi mənfəətin 50 faizini almasını, qalan vəsaitin isə ABŞ-Rusiya layihələrinə istifadə olunmasını nəzərdə tuturdu.

Bir müddət əvvəl Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz Tramp administrasiyası tərəfindən hazırlanmış 28 bəndlik sülh planının artıq mövcud olmadığını bildirmişdi. Onun sözlərinə görə, Amerika planı tamamilə yenidən işlənib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025