Mobil versiya
Ali Rada: Ukrayna ərazisini verməyəcək və ordusunu ixtisar etməyəcək
Tarix: 24-11-2025 | Saat: 13:55
Bölmə:Dünya | çapa göndər

Ali Rada:

"Ukrayna heç bir ərazisini verməməli, ordusunu ixtisar etməməli, hər hansı ittifaqlara qoşulmaq, yaxud qoşulmamaq barədə özü qərar qəbul etməlidir".

aia.az xəbər verir ki, bunu Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.

"İcazə verin, əsas prinsiplərimizi və prioritetlərimizi, heç kimin keçmək hüququ olmayan Ukraynanın qırmızı xətlərini vurğulayım: Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin de-fakto da olsa, tanınmaması, onun müdafiə qüvvələrinə heç bir məhdudiyyət qoyulmaması, Ukraynanın gələcək ittifaqları seçmək hüququna veto qoyulmaması. Bunlar bizim hüququmuzdur", - o, Stokholmda Avropa parlamentariləri qarşısında çıxış edərkən deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025