Mobil versiya
Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib -Foto
Tarix: 24-11-2025 | Saat: 12:16
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib

Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, gündəliyə 1 məsələ-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.
İclasda mənəvi dəyərlərin qorunması, gənclərin zərərli kontentdən müdafiəsi və internet mühitində məsuliyyət mexanizmlərinin dəqiqləşdirilməsi üçün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yarandığı bildirilib. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsi barədə fikirlərini bildiriblər, onun cəmiyyətdə narazılığa səbəb olan neqativ halların qarşısını almağa təkan verəcəyini diqqətə çatdırıblar.

Qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Hikmət Məmmədov,Vüqar Rəhimzadə, Mübariz Qurbanlı, Elman Nəsirov, Tural Gəncəliyev, Erkin Qədirli və Razi Nurullayev çıxış edərək layihə ilə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Onlayn birgə iclasda İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə, deputatlar Əminə Ağazadə, Kamran Bayramov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Səyyad Aran, Naqif Həmzəyev, İmamverdi İsmayılov, Sevil Mikayılova, Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025