ABŞ-ın Ukrayna planında silinmiş bəndlərin taleyi məlum olub
Tarix: 24-11-2025 | Saat: 21:25
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Ukrayna planının ilkin versiyasından silinmiş məqamlar digər sənədlərə daxil ediləcək və sonrakı danışıqlarda müzakirə olunacaq.
Bloomberg bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İhor Brusiloya istinadən məlumat verir.
Ukrayna rəsmisi bildirib ki, "Bütün məsələlər həll edildikdə və ərazi məsələləri kimi bəzi məsələlər qeyri-müəyyən qaldıqda, prezidentlər bir-biri ilə əlaqə saxlayaraq müzakirə edəcəklər və çox güman ki, bu ideyanı yekunlaşdıra biləcəkləri görüş üçün zəmin hazırlayacaqlar".
Brusilo həmçinin əlavə edib ki, Ukraynanın NATO üzvlüyü "tamamilə istisna edilmir". Bu, öz növbəsində Moskvanın mövqeyi ilə ziddiyyət təşkil edir.
Bir müddət əvvəl "The Financial Times" qəzeti Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın ətrafının ona ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməməyi məsləhət gördüyünü bildirmişdi. Məlumata görə, bu, iki lider arasında Ukrayna planı ilə bağlı daha da münaqişə ehtimalı ilə bağlıdır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2025