Mobil versiya
Belçikada 1 noyabrdan bəri 213 dron fəaliyyəti aşkar edilib
Tarix: 24-11-2025 | Saat: 19:10
Bölmə:Özəl | çapa göndər

Belçikada 1 noyabrdan bəri 213 dron fəaliyyəti aşkar edilib

Belçika Milli Böhran Mərkəzi 1 noyabrdan bəri ölkə daxilində 213 dron fəaliyyəti aşkar edildiyini bildirib.
Flamand media orqanı Knack tərəfindən Belçika Milli Böhran Mərkəzinin sözçüsü İv Stivenslə aparılan müsahibəyə görə, dronlar kritik infrastrukturda, hərbi obyektlərdə və həssas olmayan ərazilərdə aşkar edilib.
Stivens bəzilərinin qanuni dron fəaliyyəti, digərlərinin isə yalan aşkarlamalar ola biləcəyini bildirdi.

Stivens qeyd e-dib ki, son zamanlar kritik ərazilərdə dron fəaliyyətinin artması səbəbindən müşahidə həssaslığı artıb və 1 noyabrdan bəri ölkə daxilində 213 dron fəaliyyəti aşkar etdiklərini paylaşılıb.


Polşa, Rumıniya, Estoniya və Danimarkadan sonra AB qurumlarına və NATO-ya ev sahibliyi edən Belçikada dron fəaliyyəti də böyük narahatlıq doğurur.

Dron fəaliyyəti 3 oktyabrda Belçikadakı Elsenborn Hərbi Təlim Düşərgəsinin üzərində aşkar edilib və Müdafiə Nazirliyi araşdırmaya başlayıb.

25 oktyabrda Vallon bölgəsinin Marke-en-Famenn şəhərindəki Kral Albert Hərbi Bazasının üzərində ən azı dörd dron aşkar edildiyi bildirilib.

1 noyabr gecəsi həm milli, həm də NATO əməliyyatları üçün istifadə edilən Kleine Brogel Hərbi Hava Bazasında üç dron fəaliyyətinin aşkar edildiyi açıqlanıb. 2 noyabr axşamı eyni bazada dörd dron müşahidə edilib. Bu həftə Lyej hava limanında iki dəfə dronlar müşahidə edilib və təhlükəsizlik səbəbi ilə uçuşlar dayandırılıb.

Dronlar 4 və 6 noyabr gecə saatlarında Brüssel hava limanında müşahidə edilib və bu da hava nəqliyyatında fasilələrə səbəb olub.

10 noyabrda Doel Atom Elektrik Stansiyası və Lyej hava limanının üzərində dron fəaliyyəti aşkar edildiyi bildirilir.

6 noyabrda toplanan Belçika Milli Təhlükəsizlik Şurası şübhəli dronların zəruri hallarda polis və ya hərbi müdaxilə ilə zərərsizləşdirilə biləcəyinə qərar verib. Şura həmçinin bu təhlükə ilə mübarizə aparmaq üçün Milli Hava Məkanı Təhlükəsizliyi Mərkəzinin (NASC) 1 yanvar 2026-cı ilə qədər tam fəaliyyətə başlayacağını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025