Ana Sayfa > Özəl > ABŞ-ın sülh planında Rusiya ilə bağlı bənd çıxarılıb
ABŞ-ın sülh planında Rusiya ilə bağlı bənd çıxarılıb24-11-2025, 20:26. Yazar: sevinc1 |
![]() ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planında dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı bənd aradan qaldırılıb. Bloomberg mənbələrə istinadən bu barədə məlumat verib. Hesabatda deyilir ki, "Planın son versiyasında artıq ABŞ-ın rəhbərlik etdiyi yenidənqurma səylərinə təxminən 100 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin ayrılması planından bəhs edilmir". Əvvəlcə plan Vaşinqtonun bu ssenaridən əldə etdiyi mənfəətin 50 faizini almasını, qalan vəsaitin isə ABŞ-Rusiya layihələrinə istifadə olunmasını nəzərdə tuturdu. Bir müddət əvvəl Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz Tramp administrasiyası tərəfindən hazırlanmış 28 bəndlik sülh planının artıq mövcud olmadığını bildirmişdi. Onun sözlərinə görə, Amerika planı tamamilə yenidən işlənib. aia.az Tərcümə şöbəsi Geri dön |