Mobil versiya
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Tarix: 24-11-2025 | Saat: 16:19
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyə dünyanın parlayan ulduzudur -

Türkiyə hər şeydən əvvəl bölgəmizin və dünyanın parlayan ulduzudur. Çalışırıq ki, ölkəmizi hər sahədə inkişaf etdirək. Ölkənin gücü onun ayaq üstə dura bilməsi ilə ölçülür. Biz öz yolumuzu cızırıq, öz taleyimizi öz əlimizlə qururuq.

aia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz ölkəmizin potensialını bilirik və onu inkşaf etdirəcək addımlar atırıq. Yüksək texnologiya, enerji, tədqiqat və inkişaf kimi sahələrdə yerli istehsal gücümüzü artırmaq əsas hədəflərimizdəndir.

Biz öz tanklarımızı, təyyarələrimizi və pilotsuz uçuş aparatlarımızı istehsal edirik. Biz cəmiyyətimizin strukturunun qorunub saxlanmasına, ailəyə qarşı hücumların aradan qaldırılmasına böyük əhəmiyyət veririk.

Miras aldığımız Türkiyə ilə bugünkü Türkiyə arasında uçurum olduğu kimi, gələcək nəsillərə ötürəcəyimiz Türkiyə də bu gündən çox irəlidə olacaq”, - deyə Ərdoğan əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026